Digər

Putinin məktuba reaksiyasına Zelenskinin cavabı

05 Jun 2026, 22:45 1 baxış
Putinin məktuba reaksiyasına Zelenskinin cavabı

Rusiya tərəfi yenidən müharibəni seçir.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində rusiyalı həmkarı Vladimir Putinin onun açıq məktubuna münasibətini dəyərləndirərkən bildirib.


“Hamı bugünkü cavabı eşitdi. Bu, zəif cavabdır. O, sadəcə müharibəni bitirmək istəmir. Düşünürəm ki, dünyada çoxlarını bu cavab məyus etdi. O, heç nəyi dəyişmək istəmir və müharibəsinin yalnız onun özünə və ondan pul qazananlara xoş gəldiyini etiraf etmək istəmir. Bu gün onların hamısı çox gülümsəyirdi”, – deyə Zelenski vurğulayıb.


Ukrayna prezidentinin sözlərinə görə, elə etmək lazımdır ki, Rusiyada pul daha az olsun və ona təzyiq daha çox artsın.

Mənbə axar.az

Oxşar Xəbərlər