Dünya
Ankarada təyyarədə poverbank alışdı: Sərnişinlər təxliyə edildilər - VİDEO
Türkiyədə "Pegasus Airlines" aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin poverbankının tüstülənməsi səbəbindən uçuş-enmə zolağında dayanıb və sərnişinlər təxliyə olunublar. Oxu.Az xəbər verir ki, bu barədə "Turkiye Today" nəşri məlumat yayıb.
Hadisə Ankaradakı hava limanında baş verib. Ankara-İzmir marşrutu üzrə müntəzəm reys həyata keçirməli olan hava gəmisi uçuş-enmə zolağına doğru hərəkət edərkən sərnişinlərdən birinin poverbankı tüstülənməyə başlayıb. Bundan sonra ekipaj sərnişinlərin təxliyəsi barədə qərar qəbul edib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Mənbə
oxu.az