İdman
Elşad Quliyev: "Çempion olduqdan sonra tempi aşağı salmaq istəmirik"
"Avropa çempionu olduğumuz üçün çox sevincliyik. Final oyunu çətin oldu". Oxu.Az xəbər verir ki, ki, bu sözləri Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatının qalibi - Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib. Mütəxəssis qeyd edib ki, futbolçular yorğun idilər: "Buna baxmayaraq, uşaqlara təşəkkür edirəm ki, toparlana bildilər və finalda möhtəşəm oyun nümayiş etdirdilər. Turnirdə ən çətin oyunlarımız Çexiya və Serbiya yığmalarına qarşı oldu. Çalışacağıq ki, uğurlarımızın davamı gəlsin. Çempion olduqdan sonra əldə etdiyimiz tempi aşağı salmaq istəmirik. Qarşıdakı dövrdə də yeni hədəflər uğrunda mübarizə aparacağıq". Baş məşqçi bildirib ki, final qarşılaşması öncəsi futbolçularla psixoloji söhbətlər aparılıb: "Belə söhbətlərimiz oldu. Gün ərzində təxminən iki-üç dəfə komanda ilə görüşərək danışdıq".
Mənbə
oxu.az