Dünya

Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı

05 Jun 2026, 20:32 1 baxış
Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı
Gümrü meri Vardan Qukasyan barəsində yeni cinayət işi açılıb. O, hakimiyyətin ələ keçirilməsinə cəhddə ittiham olunur. Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat verib. İstintaq Komitəsinin məlumatına görə, Vardan Qukasyan bir qrup şəxslə birlikdə 2025-ci ildə hakimiyyəti ələ keçirmək planı qurub, lakin ondan asılı olmayan səbəblərdən buna nail ola bilməyib. Bu fakt üzrə cinayət işi açılıb və işdə əli olan digər şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür. Qeyd edək ki, daha əvvəl həbsdə olan Vardan Qukasyan tərəfdarlarını qarşıdan gələn parlament seçkisində iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" blokuna səs verməyə çağırıb. Xatırladaq ki, Vardan Qukasyan 2025-ci ilin oktyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin "rüşvətalma" maddəsi üzrə ittiham olunur, lakin ittihamı qəbul etmir. Müdafiə tərəfinin sözlərinə görə, ittiham aktında yer alan demək olar ki, bütün epizodlar Qukasyanın mer olmadığı 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər olan dövrə aiddir. Qeyd edək ki, 17 dekabr 2025-ci ildə məhkəmə onun həbs müddətini daha üç ay uzadıb. Eyni zamanda, onun Ermənistanla Rusiya arasında birliyin lehinə verdiyi ifadələrə əsaslanan "suverenlikdən imtina etməyə çağırış" ittihamı Qukasyanın üzərindən götürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər