İdman

Azərbaycan millisi Macarıstana uduzdu

05 Jun 2026, 20:05 11 baxış
Azərbaycan millisi Macarıstana uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti görüşünə çıxıb.


Axar.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma Macarıstanı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan qarşılaşma rəqibin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.


Yığmanın heyətində yeganə qolu Xanım Əsədova vurub.


Komanda bunadək Andorranı (3-1 2-0) və Şimali Makedoniyanı (2-0) məğlub edib, səfərdə isə Macarıstana uduzub – 0-1.


Azərbaycan millisi 5 oyundan sonra 9 xalla qrupda ikinci pillədə qərarlaşıb. Macarıstan yığması isə 13 xalla turnir cədvəlinə başçılıq edir.

Mənbə axar.az

Oxşar Xəbərlər