Digər
Putinin Zelenskinin məktubuna cavabı: Orduya çağırış etdi
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenskinin məktubuna cavab verib.
Axar.az xəbər verir ki, Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında onunla görüşü mənasız hesab edib.
Putin Zelenski ilə görüşməkdən heç vaxt imtina etmədiyini, lakin boş yerə görüşə qarşı olduğunu bildirib:
“Ukrayna ancaq Rusiya ordusunun irəliləməsinin qarşısını almaq üçün liderlərin görüşünü istəyir”.
O qeyd edib ki, Zelenskinin açıq məktubu “kobudluq elementləri” ilə yazılıb.
Putin Zelenskinin açıq məktubuna cavab olaraq Rusiya hərbçilərinə “İşləyin, qardaşlar!” deyə müraciət edib.
Mənbə
axar.az