Dünya

Aİ ilə digər Avropa ölkələri arasında hərbi ittifaq yaradılır?

05 Jun 2026, 19:48 3 baxış
Aİ ilə digər Avropa ölkələri arasında hərbi ittifaq yaradılır?
İtaliyanın müdafiə naziri Quido Krozetto Böyük Britaniya, Norveç, Türkiyə və Ukraynanın da daxil olduğu yeni ümumavropa müdafiə sisteminin yaradılmasının zəruriliyini bildirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə müdafiə naziri "The New York Times" qəzetinə müsahibəsində danışıb. Onun təklifinə əsasən, Avropa İttifaqının 27 üzv dövləti Aİ üzvü olmayan digər 13 Avropa dövləti ilə ittifaq yaratmalıdır. Nəşr hesab edir ki, bu ideyanın həyata keçirilməsi Avropanın kollektiv müdafiəsinin təşkilini əhəmiyyətli dərəcədə dəyişdirəcək, ABŞ-nin rəhbərlik etdiyi hazırkı NATO sistemi ilə yanaşı, Aİ-nin rəhbərlik etdiyi yeni bir struktur yaradacaq. Qeyd olunur ki, belə bir yanaşma Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampın ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmaq üçün atdığı addımları nə qədər ciddi qəbul etdiyini vurğulayır. Quido Krozettonun fikrincə, etibarlı Avropa müdafiə siyasəti artıq yalnız Aİ-yə üzv dövlətlərlə məhdudlaşa bilməz və həyati əhəmiyyətli maraqları və əhəmiyyətli məsuliyyətləri bölüşən bütün tərəfdaşların tam iştirakını tələb edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər