Dünya

Qrossi: "İran 2025-ci il hücumlarından bəri zənginləşdirilmiş uranı başqa yerə köçürməyib"

05 Jun 2026, 18:20 1 baxış
Qrossi: "İran 2025-ci il hücumlarından bəri zənginləşdirilmiş uranı başqa yerə köçürməyib"
"İranda zənginləşdirilmiş uran hələ də 2025-ci ildə hücuma məruz qalan nüvə obyektlərindədir". Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Misir, İordaniya, Mərakeş və Səudiyyə Ərəbistanının tələbi ilə çağırılan BAEA İdarə Heyətinin növbədənkənar iclasından sonra keçirilən mətbuat konfransında məlumat verib. "Biz güman edirik ki, bu, ötən il hücumlar baş verən elə həmin yerdədir. Bu, ümumi inancdır. İran hakimiyyəti bunun belə olduğunu açıq şəkildə ifadə edib", - deyə o bildirib. Qrossinin sözlərinə görə, agentlik istənilən halda nüvə materiallarının yerini və miqdarını yoxlamaq üçün geri qayıtmalıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər