Dünya

Hindistanda hoteldə yanğın: 13 əcnəbi həyatını itirib - VİDEO

05 Jun 2026, 18:28 1 baxış
Hindistanda hoteldə yanğın: 13 əcnəbi həyatını itirib - VİDEO
Hindistan paytaxtı Nyu-Delhinin cənubunda hoteldə baş verən böyük yanğında ən azı 13 xarici vətəndaş həlak olub. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Randhir Caysval brifinqdə məlumat verib. "Mövcud məlumata görə, Nyu-Delhidəki yanğında ölənlər arasında 13 xarici vətəndaş var ki, onlardan biri Mozambikdən, dördü Nigeriyadan, üçü Qırğızıstandan və hərəsindən bir nəfər olmaqla Özbəkistan, Banqladeş, Liberiya, Konqo və İraqdandır", - deyə o bildirib. "Bundan əlavə, bildirirəm ki, bu hadisə zamanı 20-dən çox xarici vətəndaş zərər çəkib", - deyə Caysval əlavə edib. Onun sözlərinə görə, Hindistan Xarici İşlər Nazirliyi bütün müvafiq səfirliklərlə əlaqə saxlayır və bütün lazımi yardımı göstərməyə çalışır. "Biz bütün zəruri sənədlərin qeydiyyatı üçün yerli hakimiyyət orqanları ilə, eləcə də tibbi yardımın göstərildiyi xəstəxanalarla əməkdaşlıq edirik", - deyə qurum qeyd edib. Xatırladaq ki, yanğın iyunun 3-də səhər saatlarında şəhərin cənubundakı hoteldə baş verib. 21 nəfər ölüb, 47 nəfəri xilas etmək mümkün olub. Müstəntiqlər yanğının səbəbini araşdırırlar. Hotel sahibi həbs edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər