İdman

Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi VƏTƏNƏ QAYIDIB

05 Jun 2026, 18:47 3 baxış
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi VƏTƏNƏ QAYIDIB
Minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi vətənə qayıdıb. Oxu.Az xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlər, ictimaiyyət nümayəndələri və azarkeşlər qarşılayıblar. Xatırladaq ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib. "Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib. Beləliklə, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğu olub. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər