İdman
İspaniya çempionatının ən bahalı futbolçuları: Lamin Yamal Mbappeni qabaqladı
İspaniya La Liqasında çıxış edən futbolçuların yeni transfer qiymətləri açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "Transfermarkt" portalı məlumat yayıb. Məlumata görə, "Barselona"lı Lamin Yamal İspaniya çempionatının ən bahalı oyunçusudur. Gənc oyunçusunun transfer qiyməti 200 milyon avrodur. O, ən yaxın rəqibi - "Real Madrid"in hücumçusu Kilian Mbappeni 20 milyon avro geridə qoyub. Məlum olub ki, fransalı forvardın transfer qiyməti əvvəlki ilə müqayisədə 20 milyon avro azalıb. "Barselona"nın yarımmüdafiəçisi Pedri (150 milyon avro) La Liqanın ən bahalı üç oyunçusu arasında yer alıb.
Mənbə
oxu.az