Dünya
Müctəba Xameneidən ilk amnistiya: İranda iki min məhbus əfv edildi
İranın yeni Ali Rəhbəri Müctəba Xamenei müsəlmanların Qədir-Xum bayramı ilə əlaqədar 2000 məhbusun əfv olunması barədə qərar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə ali rəhbərin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İran lideri məhkəmə hakimiyyəti rəhbərinin məhkumların bağışlanması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı müraciətini müsbət cavablandırıb. Qeyd edək ki, cümə günü İranda şiə müsəlmanları üçün xüsusi əhəmiyyət kəsb edən Qədir-Xum bayramı qeyd olunur. İranda bayram günlərində məhbusların əfv edilməsi ənənəvi hal olsa da, bu, ölkənin yeni rəhbəri tərəfindən verilən ilk amnistiya qərarıdır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər