İdman
Zaur Həşimov "Şəfa" klubunun yeni baş məşqçisi təyin edildi
"Şəfa" klubunun yeni baş məşqçisi müəyyənləşib. Zaur Həşimov bu posta təyin olunub. Oxu.Az xəbər verir ki, danışıqlar prosesi başa çatdıqdan sonra klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə görüş keçirilib və üçillik müqavilə imzalanıb. Zaur Həşimov "Şəfa" klubuna yad sima deyil. O, futbolçu kimi komandamızın formasını geyinib və 2000/01 mövsümündə Azərbaycan Kubokunun qalibi olub. Zaur Həşimov "Qəbələ" və "Zirə" klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.
Mənbə
oxu.az