Dünya

ABŞ hərbçiləri Hind okeanında İranla əlaqəli olduğu deyilən tankeri ələ keçirdilər - VİDEO

05 Jun 2026, 18:00 1 baxış
ABŞ hərbçiləri Hind okeanında İranla əlaqəli olduğu deyilən tankeri ələ keçirdilər - VİDEO
ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığı (INDOPACOM) Hind okeanında "Davina" tankerinin ələ keçirilməsi barədə məlumat verib. Oxu.Az-ın xəbərinə görə, bu barədə komandanlığın "X" hesabında paylaşım edilib.
"Gecə ABŞ Silahlı Qüvvələri Hind okeanında sanksiyalar altında olan, bayraqsız üzən "Davina" gəmisinin ələ keçirilməsi və yoxlanılması üzrə əməliyyat keçirib. Biz cinayətkar şəbəkələri məhv etmək və İrana maddi dəstək verən gəmiləri harada olursa olsun, saxlamaq üçün qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə beynəlxalq dəniz əməliyyatlarını aparmağa davam edəcəyik", - deyə məlumatda qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər