Digər

Rusiya Hörmüzdəki gərginlikdən 1 trilyon rubl qazanacaq

05 Jun 2026, 17:55 1 baxış
Rusiya Hörmüzdəki gərginlikdən 1 trilyon rubl qazanacaq

Hörmüz boğazındakı vəziyyətlə əlaqədar olaraq Rusiyanın dövlət büdcəsinə daxil olan əlavə gəlir 1 trilyon rubla çata bilər.


Axar.az xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Vesti”yə verdiyi müsahibəsində deyib.


“İlin əvvəli neft qiymətləri baxımından büdcə üçün o qədər də əlverişli deyildi. Amma qiymət mühiti dəyişib. Bunun müvəqqəti olduğunu çox yaxşı başa düşürük. Müvəqqəti olsa da, əgər qiymətlər belə qalarsa, Milli Rifah Fonduna 1 trilyon rubl əlavə gəlir gələ bilər”, - Siluanov bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər