Dünya
Dalana dirənən İran-ABŞ danışıqları: Tərəflərin qarşılıqlı ittihamları - VİDEO
"Bu həftə ABŞ tərəfindən İrana yeni zərbələr endirilib, İslam Respublikası isə Küveyt və Bəhreynə cavab hücumları həyata keçirib. Bununla yanaşı İsrail də Livanda eskalasiyanı artırıb". Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran"ın hazırladığı videomaterialda qeyd olunub.
Bildirilib ki, atəşkəsdən keçən təqribən iki ay ərzində tərəflər arasında əvvəlki gərginliklər sürətlə nəzarət altına alınıb: "Hər iki tərəf müharibə ilə sülh arasındakı tarazlığı qorumağa çalışıb. Lakin atəşkəs uzandıqca, Yaxın Şərqdə beynəlxalq iqtisadi və siyasi nəticələrə malik növbəti çıxılmaz vəziyyət riski formalaşır. Həmin riskin ən bariz təzahürü İranla ABŞ arasında aparılan danışıqların dalana dirənməsidir, hərçənd dünənə qədər ABŞ prezidenti müzakirələrin yaxşı getdiyini bəyan edib. Amma İsraillə "Hizbullah" arasında növbəti toqquşmaların ardınca İran tərəfi danışıqların ümumiyyətlə dayandırıldığını bildirib. Bəzi təhlilçilər bu addımın atılmasında Livan məsələsinin bəhanə olduğunu, məsələnin kökündə İran hakimiyyətindəki ixtilafların dayandığını iddia edirlər. Yəni İran tərəfi Livan mövzusuna vurğu etməklə, bir növ danışıqların uğur qazanmamasında məsuliyyəti İsrailin üzərinə qoymağa çalışır", - deyə süjetdə qeyd olunub.

Mənbə
oxu.az