Digər

İran ordusu ABŞ hərbi gəmilərinə hücum etdi

05 Jun 2026, 16:21 1 baxış
İran ordusu ABŞ hərbi gəmilərinə hücum etdi

İran Oman dənizində ABŞ hərbi gəmilərinə raket və dron hücumu edib.


Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə İran ordusu bəyanat yayıb.


Qeyd edilib ki, “Qədir” tipli raket və yeni növ dronlar xəbərdarlıq məqsədilə ABŞ-ın Oman dənizindəki “DDG-103” və “DDG-87” adlı esminesləri istiqamətində buraxılıb.


Bildirilib ki, bundan sonra həmin esmineslər Hind okeanına doğru çəkilib.


Bundan başqa, ABŞ-a məxsus helikopterdaşıyan amfibiya tipli “Tripoli” gəmisi də Oman dənizini tərk edib.


İran ordusu ABŞ-ın “dəniz quldurluğuna” davam edəcəyi təqdirdə, gələcəkdə daha uzunmənzilli raketlərdən istifadə olunacağı ilə bağlı xəbərdarlıq edib.

Mənbə axar.az

Oxşar Xəbərlər