Dünya

Meksika prezidentinin iclasında insident: Jurnalist futbol topunu tutarkən yerə yıxıldı - VİDEO

05 Jun 2026, 15:32 1 baxış
Meksika prezidentinin iclasında insident: Jurnalist futbol topunu tutarkən yerə yıxıldı - VİDEO
Meksika Prezidenti Klaudiya Şeynbaumun 2026-cı il Dünya Çempionatı ilə bağlı keçirdiyi mətbuat konfransında gözlənilməz hadisə yaşanıb. Oxu.Az xəbər verir ki, bu barədə görüntüləri "Clash Report" yayıb.
Bildirilib ki, ölkə rəhbərinin jurnalistlərə hədiyyə etdiyi toplardan birini tutmağa çalışan müxbir müvazinətini itirərək yerə yıxılıb. Jurnalist Mariya Riveranın yıxıldığını görən Şeynbaum dərhal səhnədən düşərək onun yanına qaçıb və qadını yerdən qaldırıb. Müxbirin ciddi xəsarət almadığı məlum olduqdan sonra prezident topu ona təqdim edərək tədbiri davam etdirib. Bu hadisə salonda gülüşlə qarşılanıb, görüntülər isə bir neçə dəqiqə ərzində "X", "TikTok" və "Facebook" platformalarında trendə çevrilib. Bəzi sosial şəbəkə istifadəçiləri dövlət başçısının cəld reaksiyasını təqdir edib, digərləri isə baş verənləri yumoristik şəkildə şərh ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər