Dünya

Putin-Tramp görüşü bu yay baş tutacaq?

05 Jun 2026, 14:36 2 baxış
Putin-Tramp görüşü bu yay baş tutacaq?
"Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında bu yay görüşün keçirilməsi ehtimalı 50 faiz təşkil edir". Oxu.Az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti" agentliyinə müsahibəsində deyib. Kremlin nümayəndəsinə iki ölkə rəhbərlərinin yay aylarında yeni danışıqlar apara biləcəyi ilə bağlı sual ünvanlanıb. "Nəzəri cəhətdən 50 faizdir: ya olacaq, ya da olmayacaq", - deyə Peskov suala cavab verib. O, ehtimal olunan görüşün hazırlığı barədə başqa heç bir detal açıqlamayıb. Danışıqların dəqiq məkanı və tarixi haqqında da məlumat verilməyib. Xatırladaq ki, Putin və Trampın əvvəlki təkbətək görüşü 2025-ci il avqustun 15-də Alyaskada baş tutub. Ankoricdəki Elmendorf-Riçardson hərbi hava bazasında keçirilən danışıqlar "üçün-üçə" formatında təşkil olunub. Həmin vaxt əsas müzakirə mövzularından biri Ukrayna ətrafındakı münaqişənin nizamlanması idi.
Mənbə oxu.az

Oxşar Xəbərlər