Dünya
"Zona 51" üzərində naməlum təyyarənin termal görüntüsü çəkilib - FOTO
İnternetdə "Zona 51" kimi tanınan "Qrum-Leyk" məxfi ABŞ bazası üzərində gecə saatlarında lentə alındığı iddia edilən naməlum hava gəmisinin termal şəkli yayılıb. Fotoya əsasən, bu, Amerika Birləşmiş Ştatlarının ən yeni altıncı nəsil qırıcısı ola bilər. Oxu.Az xəbər verir ki, məlumatı "The War Zone" (TWZ) nəşri paylaşıb. Termal kameranın xüsusiyyətlərinə görə görüntünün keyfiyyəti aşağıdır, lakin obyektin cizgiləri perspektivli "F-47" qırıcısı haqqında olan təsəvvürlərlə üst-üstə düşür. Ehtimal edilir ki, fotoda müqavilə "Boeing" şirkətinə verilməmişdən əvvəl NGAD proqramı çərçivəsində hazırlanmış prototiplərdən biri əks olunub. Şəkli "Project Fear" kanalı gələcək videonun tizeri adlandıraraq yayımlayıb. Müəlliflər qeyd ediblər ki, ictimaiyyət indiyədək belə bir uçuş aparatı görməyib. ABŞ Hərbi Hava Qüvvələri bu görüntüyə şərh verməkdən imtina edib və onun həqiqiliyini təsdiqləməyib. Bir müddət əvvəl Rusiyanın beşinci nəsil "Su-57" qırıcısının qlobal bazarlarda daha da populyarlaşdığı məlum olub. Qeyd etmək lazımdır ki, pilotsuz uçuş aparatları sürüsünü rahat idarə etməyə imkan verən təyyarənin ikiyerli modifikasiyası yaradılıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər