Bu tədbirdə çox nüfuzlu şəxs iştirak edəcək – yəni mən!
İyunun 24-ü tamamilə gözəlləşdirilmiş və dünyanın ən təhlükəsiz şəhərlərindən birinə çevrilmiş möhtəşəm Vaşinqtonda ölkəmizin 250 illik tarixini qeyd etmək münasibətilə sizə canlı yayımda indiyədək keçirilmiş ən möhtəşəm mitinqi təqdim edəcəyik!
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.
“Biz istedadsız, amma yüksək qonorar tələb edən müğənnilərin sizi yuxuya verməsini istəmirik və onlara evdə qalmağı tövsiyə etmişik. Bizə yalnız siz, mən, bir neçə natiq və illərdir dinlədiyiniz ən möhtəşəm musiqilər lazımdır!
Məşhur “God Bless the U.S.A.” (Allah ABŞ-ı qorusun) mahnısı ilə tədbiri möhtəşəm Li Qrinvud açacaq.
Mitinqdə həmçinin ABŞ ordusunun “Perşinqs Oun” orkestri, Silahlı Qüvvələrin Xoru və Birləşmiş Silahlı Qüvvələr Xoru çıxış edəcək. Sevdiyiniz bütün məşhur musiqilər səsləndiriləcək.
Və üstəlik, tədbirdə yüksək ləyaqəti və nüfuzu ilə tanınan bir şəxs də iştirak edəcək - Prezident Donald Tramp!”, - o qeyd edib.