Digər

Putin Avropanın bu təklifini rədd etdi

05 Jun 2026, 14:54 2 baxış
Putin Avropanın bu təklifini rədd etdi

Rusiya Prezidenti Vladimir Putin Avropa liderlərinin Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlarda iştirak etməsi ideyasını rədd edib və Alyaskada özü ilə Tramp arasında bağlanan sülh müqaviləsində israr edir.


Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.


“Almaniya, Fransa və Böyük Britaniya danışıqlarda mümkün iştiraklarını müzakirə ediblər. Onlar həmçinin iştiraklarını Ukrayna tərəfi ilə də əlaqələndiriblər. Lakin Putin özü Ankoricdə keçirilən görüşdə ABŞ Prezidenti Donald Trampla kompromis razılaşmasına nail olduğunu israr edir. O, həmçinin bildirir ki, Avropa silah tədarükü ilə deyil, Ukraynanı kompromislərə razı salmağa çalışmaqla müharibənin bitməsində rol oynaya bilər”, - məlumatda qeyd olunub.


Nəşr xatırladıb ki, Putin Kiyevdən bütün Donbası tələb edir və bunun müqabilində hazırkı cəbhə xəttində döyüşləri dayandıracağına söz verib:


“Məhz bu ziddiyyət fonunda ABŞ-ın iştirakı ilə Ukrayna-Rusiya danışıqları dalana dirənib. Trampın İranla müharibəyə diqqət yetirməsi də buna öz töhfəsini verir”.


Qeyd edək ki, Almaniya, Fransa və Böyük Britaniyanın müharibəni dayandırmaq üçün Ukrayna ilə birgə danışıqlara Rusiyanı cəlb etməyin mümkün imkanlarını müzakirə etdikləri bildirilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər