İdman

Həbsi istənilən Erman Toroğlu barədə məhkəmə QƏRAR VERDİ

05 Jun 2026, 14:00 2 baxış
Həbsi istənilən Erman Toroğlu barədə məhkəmə QƏRAR VERDİ
Türkiyənin məşhur futbol şərhçisi və sabiq hakimi Erman Toroğlu məhkəmədə bəraət alıb. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, o, ictimaiyyəti yanlış məlumatlandırmaq və aldatmaq məqsədilə açıq şəkildə yanlış məlumat yaymaq ittihamı ilə mühakimə olunurdu. İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə "Qalatasaray" klubu şikayətçi, Erman Toroğlu isə şübhəli şəxs kimi göstərilmişdi. İttihama görə, Toroğlu fevralın 8-də televiziya proqramında "Qalatasaray" və Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə bağlı açıqlamalar verib və bu çıxışdan sonra istintaq başlanıb. Prokurorluq onun açıqlamalarının ictimaiyyətdə çaşqınlıq və narahatlıq yarada biləcəyi, həmçinin dövlət qurumlarına etimadı zədələyə biləcəyi qənaətinə gəlmişdi. Qeyd edək ki, Toroğlu barəsində bir ildən üç ilə qədər həbs cəzası istənilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər