Digər
Rusiya bir gecədə bu qədər PUA vurdu
Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə üzərində 123 ədəd Ukrayna PUA-sını vurub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Nijni Novqorod, Oryol, Tula, Moskva, Krım, eləcə də Azov və Qara dənizlər üzərində vurulub.
Mənbə
axar.az