İdman
Dünya çempionatına doğru: Qadın millimiz Macarıstan səddini keçməyə çalışacaq
Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti sınağına çıxır. Oxu.Az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi milli komandamız C Liqasının 3-cü qrupunda Macarıstan seçməsi ilə üz-üzə gələcək. Bu qarşılaşma Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək və start fiti saat 18:00-da səslənəcək. Xatırladaq ki, millimiz seçmə mərhələnin geridə qalan oyunlarında Andorra üzərində iki inamlı qələbə qazanıb və Şimali Makedoniyanı məyus edib. Yığmamızın qrupdakı tək büdrəməsi isə elə Macarıstana qarşı baş tutan səfər matçına təsadüf edib. Hazırda qrupda iddialı mövqeyini qoruyan Azərbaycan yığması doğma azarkeşləri önündə əldə edəcəyi müsbət nəticə ilə liderlik mübarizəsindəki yerini daha da möhkəmləndirmək əzmindədir. Qeyd edək ki, komandamız seçmə mərhələ çərçivəsində özünün növbəti matçını iyunun 9-da Şimali Makedoniya yığmasına qarşı keçirəcək.
Mənbə
oxu.az