Digər

Telefonunda bombardman şəkli çıxdı - edam edilir...

05 Jun 2026, 11:21 1 baxış
Telefonunda bombardman şəkli çıxdı - edam edilir...

İranda 20 yaşlı əkiz qardaşlar Həsən və Hüseyn Əmiri İsrailin xeyrinə casusluqda ittiham olunaraq ölüm cəzasına məhkum ediliblər.


Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.


Məlumata görə, hökm Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən çıxarılıb. İttihama əsasən, qardaşlar İsrailə məlumat ötürməkdə təqsirli biliniblər.


Qeyd edilib ki, Həsən Əmiri martın 19-da mobil telefonunda bombardman edilmiş əraziyə aid şəkillər aşkar edildikdən sonra saxlanılıb. O, dindirmə zamanı işgəncələrə məruz qalıb.

Mənbə axar.az

Oxşar Xəbərlər