ABŞ hədələdi, şirkətlər bu ölkə ilə əlaqələri kəsir
ABŞ-ın Kuba dövlət qurumları ilə əməkdaşlıq edən xarici şirkətlərə yeni sanksiyalarının qüvvəyə minməsindən sonra bəzi Avropa şirkətləri Kubadakı fəaliyyətlərini azaltmağa başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
“İspaniyanın “Iberostar” və “Melia” otel şəbəkələri adadakı bir neçə əmlakın idarəçiliyindən imtina edib, Fransanın CMA CGM və Almaniyanın “Hapag-Lloyd” şirkətləri isə Kuba limanlarına gəmiçilik fəaliyyətini dayandırıb. Yeni məhdudiyyətlərə Kubanın “Grupo de Administraci n Empresarial S.A.” konqlomeratı ilə iş görən şirkətlərə qarşı sanksiyalar daxildir. Aktivlərin dondurulması və ABŞ maliyyə sisteminə giriş məhdudiyyətləri riski səbəbindən Avropa şirkətləri Kubadakı iştiraklarını azaldır”, - məlumatda deyilib.