Dünya

Bir qayıqda 240 nəfər ABŞ-yə daxil olmağa çalışdı - FOTO - VİDEO

05 Jun 2026, 10:28 2 baxış
Bir qayıqda 240 nəfər ABŞ-yə daxil olmağa çalışdı - FOTO - VİDEO
ABŞ rəsmiləri Haitidən yola düşən və içərisində 240 qeyri-qanuni miqrantın olduğu qayığı ələ keçiriblər. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin rəhbəri Rodni Skott "X" hesabında məlumat yayıb.
"Bu həftə hava patrul agentləri dəniz yolu ilə qanunsuz miqrasiyaya cəhd edən və göyərtəsində Haitidən 240 miqrantın olduğu su nəqliyyatı vasitəsini aşkarlayıblar, - deyə o, paylaşımda qeyd edib. - Həddindən artıq yüklənmiş qayığa su dolurdu və onun batmaq təhlükəsi var idi". Skott bir daha xatırladıb ki, ABŞ-yə qanunsuz yollarla miqrasiya cəhdləri həm çox risklidir, həm də ölkəyə giriş imkanına heç bir zəmanət yaratmır.
Mənbə oxu.az

Oxşar Xəbərlər