Dünya
ABŞ-nin "Gerald R. Ford" təyyarədaşıyan gəmisi uzunmüddətli təmirə göndərilir - FOTO - VİDEO
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında iştirak edən "Gerald R. Ford" (Cerald Ford) təyyarədaşıyan gəmisi hərbçilərin bildirdiyindən daha ciddi zədələr alıb və onun bərpasına bir il vaxt tələb oluna bilər. Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı dənizçilərə istinadən məlumat yayıb.
Qeyd olunur ki, əməliyyat zamanı yaranan aşınma və mart ayında baş vermiş yanğınla əlaqədar əlavə texniki işlərə görə təyyarədaşıyan gəmini uzunmüddətli təmir prosesi gözləyir. Qeyd edək ki, martın 12-də "Gerald R. Ford" gəmisinin göyərtəsində yanğın hadisəsi qeydə alınıb. Gəminin camaşırxanasında başlayan alovun tamamilə söndürülməsi bir gündən çox çəkib. Hadisə nəticəsində gəminin bütün sistemlərinin fəaliyyəti pozulub, bu səbəbdən ilkin qiymətləndirmələrə görə, yalnız xüsusi təmir bazası şəraitində mümkün olan bərpa işlərinə ehtiyac yaranıb. "Gerald R. Ford" 11 aylıq xidmətdən və anti-İran əməliyyatında iştirakından sonra mayın 16-da bazaya qayıdıb.
{{gallery}}

Mənbə
oxu.az