İdman

Tomas Müller 17 illik evlilikdən sonra həyat yoldaşından ayrıldı

05 Jun 2026, 03:36 3 baxış
Tomas Müller 17 illik evlilikdən sonra həyat yoldaşından ayrıldı
"Bavariya"nın və Almaniya millisinin keçmiş futbolçusu Tomas Müller 17 illik evlilikdən sonra həyat yoldaşı Lizadan ayrılıb. Bu barədə Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir. Daha əvvəl yayılan məlumatlara görə, Liza Müller həyat yoldaşının MLS klubuna transferindən sonra onunla birlikdə Kanadaya köçməyib. "Cütlük bir müddət əvvəl heç bir mübahisə və ya qalmaqal olmadan ayrılıb. Onlar bu barədə heç bir açıqlama verməyəcəklər. Xahiş edirik, bu mövzu ilə bağlı əlavə suallar verməyəsiniz", - deyə cütlüyün vəkili Kristian Şerts bildirib. Qeyd edək ki, Tomas və Liza 2009-cu ilin dekabrında, hər ikisinin 20 yaşı olanda ailə qurmuşdular. Hazırda 36 yaşında olan T.Müller "Vankuver" klubunda çıxış edir və MLS-in müntəzəm mövsümündə keçirdiyi 12 oyunda 4 qola imza atıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər