Digər

ABŞ-ın rolunu ideallaşdırmırıq - Peskov

05 Jun 2026, 01:28 2 baxış
ABŞ-ın rolunu ideallaşdırmırıq - Peskov

Rusiya heç vaxt ABŞ-ın Ukrayna münaqişəsinin həllində rolunu ideallaşdırmayıb, Moskva üçün milli maraqlar hər şeydən üstündür.


Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.


"Biz heç vaxt ABŞ-ın Ukrayna münaqişəsinin həllində rolunu ideallaşdırmamışıq. Ukrayna daim Amerika silahları ilə təchiz olunur.


Heç vaxt ideallaşdırma ilə məşğul olmuruq. ABŞ-a və onun yaxşı xidmətlərinə bütün lazımi hörmətimizi nəzərə alaraq, milli maraqlarımızı hər şeydən üstün tuturuq", - deyə Peskov müvafiq suala cavabında bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər