İdman

"Liverpul" yeni baş məşqçisini rəsmən elan etdi

05 Jun 2026, 01:36 2 baxış
"Liverpul" yeni baş məşqçisini rəsmən elan etdi
"Liverpul" Andoni İraolanı baş məşqçi postuna təyin edib. Oxu.Az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir. 43 yaşlı bask mütəxəssis Arne Slotu əvəzləyib və "qırmızılar" ilə müqavilə imzalayıb. Müqavilənin detalları klub tərəfindən açıqlanmır. Qeyd edək ki, İraola 2023-cü ildən bəri "Bornmut"u çalışdırırdı. O həmçinin Kiprin AEK, İspaniyanın isə "Mirandes" və "Rayo Valyekano" klublarına baş məşqçilik edib. Futbolçu kimi İraola demək olar ki, bütün karyerasını "Atletik Bilbao"da (2003-2015) keçirib və "Nyu-York Siti"də çıxış edib. Xatırladaq ki, "Liverpul" 2025/26 mövsümünü titulsuz başa vurub. Klub Premyer Liqada 5-ci yeri tutsa da, əlavə vəsiqə sayəsində Çempionlar Liqasına vəsiqə qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər