Digər
2030-da da prezident seçiləcək? - Putinin cavabı
Rusiya Konstitusiyası mənə 2030-cu ildə yenidən prezident seçilməyə imkan verir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya xəbər agentliklərinin nümayəndələri ilə görüşündə deyib.
O bildirib ki, bu barədə danışmaq hələ tezdir:
“Sağlamlığımızın sabaha, o biri günə qədər, qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün yaşamağa imkan verib-verməyəcəyini yalnız Allah bilir”.
Rusiya prezidenti hələlik bu barədə düşünmədiyini vurğulayıb.
O əlavə edib ki, ölkə bir çox böyük və kəskin problemlərlə üzləşir və onlar yeni müddətə yenidən seçilməyi düşünmədən həll edilməlidir.
Mənbə
axar.az