Digər

Putin Paşinyandan xahiş etdi: Mümkün qədər tez...

04 Jun 2026, 22:35 1 baxış
Putin Paşinyandan xahiş etdi: Mümkün qədər tez...

Rusiyanın Ermənistandan bir xahişi var: Avropa Birliyi ilə bağlı referendum mümkün qədər tez keçirilsin.


Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) deyib.


"Erməni həmkarlarımızdan hansı istiqamətdə getmək istədiklərinə mümkün qədər tez qərar vermələrini xahiş edərdik", - deyə Kreml rəhbəri bildirib.


O vurğulayıb ki, Rusiya seçdiyi yoldan asılı olmayaraq, respublika ilə normal münasibətləri qoruyub saxlayacaq.


Qeyd edək ki, Putin referendum məsələsini davamlı olaraq qaldırır və hər dəfə də Ermənistan hakimiyyəti bunun vaxtının çatmadığını bildirir.

Mənbə axar.az

Oxşar Xəbərlər