Digər
Arakçı: Xameneinin iqamətgahı bombalananda...
İranın keçmiş ali rəhbəri Seyid Əli Xameneinin iqamətgahı bombalanan zaman orada idim.
Axar.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı “Al Mayadeen”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, həmin gün Cenevrədə keçirilən danışıqlar barədə məruzəni ali rəhbərə təqdim etmək üçün saat 9-da orada olub.
İran XİN rəhbəri Xameneinin ölümünün İranın tarixində dönüş nöqtəsi olduğunu və bu nöqtənin İranın gücünü bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
Mənbə
axar.az