Digər

Trampa qarşı qərar: Bundan utanmalıdırlar…

04 Jun 2026, 19:34 3 baxış
Trampa qarşı qərar: Bundan utanmalıdırlar…

Dünən Nümayəndələr Palatası - 4 pis respublikaçı və bütün demokratlar İranla bağlı yekun danışıqların getdiyi bir vaxtda mənim hərbi səlahiyyətlərimi məhdudlaşdırmağa səs verib.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.


“Belə vətənpərvərliyə zidd addımı kim atar? Demokratlar Trampa qarşı kor nifrət sindromunun təsiri altındadırlar. Onlar mənə siyasi qələbə qazandırmaqdansa, ölkəmizin uğursuzluğa düçar olmasını üstün tuturlar.


Bəs həmin dörd respublikaçı? Sadəcə özlərini göstərməyə çalışan adamlardır. Onlar bundan utanmalıdırlar”, - o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər