Digər
Rusiyanın Suma hücumu: 2 nəfər öldü
Rusiya hücumu nəticəsində Ukraynanın Sum vilayətinin Şostka rayonunun Yampol kəndində 2 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə Sum vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov Teleqram kanalında bildirib.
"Düşmən Yampol icmasının mərkəzi hissəsinə hücum edib, nəticədə 2 nəfər ölüb. Yaralanan 4 qadın isə xəstəxanaya çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilir", - o yazıb.
O. Qriqorovun sözlərinə görə, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir, hücumun bütün təfərrüatları və nəticələri araşdırılır.
Mənbə
axar.az