Digər
Atəşkəs xəyaldır: Netanyahu Trampa bunu deməli idi - Nazir
Livanda atəşkəs xəyaldır. Hizbullah Litani çayının şimalından geri çəkilməyəcək.
Axar.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.
“Hizbullah daha da güclənib. Bu şəraitdə İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa deməli idi ki, cənab prezident, biz sizi sevirik, amma cavab “yox”dur. Biz İsrailin təhlükəsizliyini təhlükəyə atan bir təşkilatla atəşkəsə razılaşmayacağıq", - o bildirib.
Qeyd edək ki, Livan və İsrail nümayəndələri ABŞ-da keçirilən danışıqların yekununda atəşkəs rejiminin icrası ilə bağlı razılıq əldə ediblər.
Mənbə
axar.az