Digər
Türkiyədə çimərliklərdə siqaret çəkmək qadağan edildi
Türkiyənin Antalya vilayətində yerləşən çimərliklərdə siqaret istifadəsinə məhdudiyyətlər tətbiq olunub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, yeni qadağa əvvəlcə Lara, Bələk, Çamyuva və “Biç Park” çimərliklərini əhatə edəcək.
Qadağa bir müddət sonra şəhərin bütün çimərliklərinə tətbiq ediləcək.
Məlumata görə, çimərliklərdə siqaret çəkənlər üçün xüsusi zonalar ayrılacaq.
Mənbə
axar.az