Digər
İrəvanda Putinə qarşı etiraz: “Qanlı masa” - Foto
Rusiyanın İrəvandakı səfirliyinin yaxınlığında Moskvanın Ermənistan seçkilərinə müdaxiləsinə qarşı etiraz aksiyası keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin maskalarını taxan fəallar dirsəklərinə qədər “qan” içində olan əlləri ilə Rusiya gücünün simvolu olan çiy ətlə dolu bir masada şam yeməyi performansı təşkil ediblər.
Aksiya Rusiyanın Ermənistan seçkilərinə və daxili işlərinə mümkün təsirinə qarşı etiraz kimi təqdim edilib.
Mənbə
axar.az