Digər

İranda qızların siqaret aludəçiliyi sürətlə artır

04 Jun 2026, 12:45 1 baxış
İranda qızların siqaret aludəçiliyi sürətlə artır

13-15 yaşlı yeniyetmə qızlar arasında 2016-cı illə müqayisədə tütün və tütün məmulatlarından istifadə təxminən 135 faiz artıb.


Axar.az xəbər verir ki, bu barədə “Tasnim” Tütünlə Mübarizə Cəmiyyətinin baş katibi Məhəmmədrza Məscidiyə istinadən məlumat yayıb.


Hazırda ölkə əhalisinin 20-24 faizinin müxtəlif formalarda tütün və tütün məmulatlarından birbaşa və ya dolayı istfadə etdiyi, xüsusən yeniyetmə qızlar arasında bunun təhlükəli səviyyədə yayıldığı bildirilib.


Məscidi hər il İranda tütün istifadəsindən qaynaqlanan xəstəliklərə görə 60 min nəfərin həyatını itirdiyini qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər