Digər

İranda bir ayda 80 məhbus edam edildi

04 Jun 2026, 11:04 1 baxış
İranda bir ayda 80 məhbus edam edildi

May ayında İranın müxtəlif həbsxanalarında ən azı 80 məhbus edam edilib.


Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.


Məlumata görə, edam olunanlar arasında 17 siyasi məhbus da olub. Bildirilib ki, edam edilən şəxslərdən 76-sının kimliyi müəyyənləşdirilib, daha 4 nəfərin şəxsiyyəti isə hələlik məlum deyil.


Qeyd edək ki, 2025-ci ilin may ayında İranda 163 məhbusun edam edildiyi açıqlanmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər