Üç ölkənin Rusiya ilə bağlı gizli planı...
Almaniya, Fransa və Böyük Britaniya müharibəni dayandırmaq üçün Ukrayna ilə birgə danışıqlara Rusiyanı cəlb etməyin mümkün imkanlarını müzakirə edirlər.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.
Avropanın üç ən böyük iqtisadiyyatının nümayəndələri son həftələrdə Ukrayna və Rusiyanın iştirakı ilə potensial danışıqlar formatı ilə bağlı qapalı məsləhətləşmələr aparıblar. Bu məsələlər Ukrayna tərəfi ilə də müzakirə olunub.
London, Paris və Berlin hesab edir ki, cəbhə xəttində və Rusiya daxilində baş verən son hadisələr Kremlə diplomatik təzyiq üçün daha əlverişli şərait yarada bilər.
Qeyd edilir ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin faktiki olaraq dayandırılmasından və Rusiya ordusunun Avropa cəbhəsində verdiyi əhəmiyyətli itkilərdən sonra Kiyevin mövqeyinin güclənməsi üçün fürsət yaranıb.
Həmçinin, Ukraynanın Rusiya ərazisinin dərinliyindəki hədəflərə uğurlu PUA zərbələri, eləcə də Rusiyanın bəzi elitaları arasında müharibədən dolayı artan narazılıq əlamətləri sözügedən faktorlar arasındadır.