Cəmiyyət

Abbas Abbasov: "Siqh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək" - FOTO

03 Jun 2026, 10:28 4 baxış
Abbas Abbasov: "Siqh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək" - FOTO
"Son beş ay ərzində Beynəlxalq Siqh Federasiyası ilə əməkdaşlığımız çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) iki beynəlxalq konfransı uğurla təşkil edib". Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakı Dövlət Universitetində keçirilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, konfranslar transmilli repressiyalar, Hindistanda etnik azlıqlara qarşı ayrı-seçkilik, həmçinin insan hüquqlarının müdafiəsi, beynəlxalq təşkilatların yerli xalqların, etnik azlıqların və ümumilikdə insan hüquqlarının qorunmasındakı rolu kimi mühüm mövzulara həsr olunub: "Bununla yanaşı, birgə hesabat hazırlanaraq dərc edilib və həmin sənəd BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 61-ci sessiyasında təqdim olunub. Mən qəti şəkildə inanıram ki, Beynəlxalq Siqh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların və insan hüquqlarının müdafiəsinə mühüm töhfə verəcək".
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Abbas Abbasov: "Siqh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək" - FOTO Abbas Abbasov: "Siqh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək" - FOTO Abbas Abbasov: "Siqh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər