Cəmiyyət

Bu gün Cəlilabadın bəzi ərazilərində işıq kəsiləcək

03 Jun 2026, 10:32 4 baxış
Bu gün Cəlilabadın bəzi ərazilərində işıq kəsiləcək
Cəlilabadın bəzi ərazilərində işıq kəsiləcək. Bu barədə Oxu.Az-a "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 3 iyun tarixində 35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 12:30-dan 15:00-dək rayonun Göytəpə şəhəri, Muğan, Privolnoye, Ağdaş, Həziabad kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər