Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi xəbərdarlıq edib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 3 iyun tarixində saat 10:00-dan etibarən təmir işləri yekunlaşanadək Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsində - Hövsan bağları, Dənizkənarı və O.Şabanov küçələrində qazın verilişində qısamüddətli fasilə olacaq.
Mənbə
oxu.az