İdman
"Fulhem" Marku Silva ilə yollarını ayırdı
"Fulhem" klubu baş məşqçi Marku Silva ilə yollarını ayırdığını rəsmən elan edib. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Biz təsdiq edə bilərik ki, Marku Silva bu yay vəzifəsini tərk edəcək. Onun 5 il davam edən fəaliyyəti uğurlu dövr olub", - deyə klubun açıqlamasında bildirilir. 48 yaşlı mütəxəssis 2021-ci ildə "Fulhem"ə baş məşqçi təyin olunmuşdu. O, komandanı Çempionşipdən İngiltərə Premyer Liqasına çıxarmış və sonrakı illərdə klubla orta sıralarda möhkəmlənmişdi. Bundan əvvəl "Silva Everton", "Hall Siti", "Olympiakos" və s. klublarda çalışıb. Mətbuatda yayılan məlumatlara görə, Silva Portuqaliyanın "Benfika" klubuna keçə bilər. Bu ehtimal Joze Mourinyonun "Real Madrid"ə mümkün keçidi ilə əlaqələndirilir.
Mənbə
oxu.az