Cəmiyyət
Müəllimlərin diqqətinə: Vakansiya seçiminin nəticələri elan edildi
23-26 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib. Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər. Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla ümumilikdə 2 022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək. Qeyd edək ki, sənədlər yoxlanıldıqdan sonra müəllimlər tutduqları vakant vəzifələrə təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat iştirakçıların şəxsi səhifələrinə göndəriləcəkdir.
Mənbə
oxu.az