Dünya
Rubiodan diqqətçəkən açıqlama: ABŞ və İran arasında razılaşma yaxınlaşır?
ABŞ dövlət katibi Marko Rubio ABŞ və İran arasında aparılan dialoq prosesində yaxın günlərdə irəliləyiş əldə olunmasının mümkünlüyünü istisna etməyib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Konqresin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı danışıb. "Biz hazırda danışıqlar aparırıq", - deyə Rubio bildirib. O, ABŞ və İran nümayəndələri arasında təmasların vasitəçilərin iştirakı ilə həyata keçirilməsindən təəssüfləndiyini ifadə edib. "Qarşımızda müəyyən perspektivlər var. Bu, bu gün də baş verə bilər, sabah da, gələn həftə də", - deyə ABŞ dövlət katibi qeyd edib. Onun sözlərinə görə, İran ilk dəfə olaraq öz nüvə proqramının bəzi aspektlərini müzakirə etməyə razılıq verib. Bununla yanaşı, Rubio vurğulayıb ki, iki tərəf arasında aparılan danışıqlar Senatı və ABŞ xalqını qane edəcək bir razılaşmanın əldə olunacağına zəmanət vermir.
Mənbə
oxu.az