İdman

"Liverpul"un əfsanəvi siması xərçənglə mübarizə aparır - FOTO

02 Jun 2026, 18:10 1 baxış
"Liverpul"un əfsanəvi siması xərçənglə mübarizə aparır - FOTO
"Liverpul"un tarixinin əfsanəvi simalarından olan Kenni Dalqliş sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib. Oxu.Az xəbər verir ki, o, hazırda xərçəng xəstəliyindən müalicə aldığını bildirib. Dalqliş açıqlamasında bu vəziyyətin ictimaiyyətə səhvən sızdığını qeyd edib: "İstəmədən etdiyim sosial media paylaşımından da göründüyü kimi, hazırda xərçəng müalicəsi alıram. Əslində bunun gizli qalması daha doğru idi, lakin texnologiya ilə bağlı səhvim buna səbəb oldu. Ailəmin və şəxsi həyatımın hörmətlə qarşılanmasını xahiş edirəm". Dalqliş həmçinin müalicə prosesində ona dəstək olan tibb personalına təşəkkür edib və onların peşəkarlığını xüsusi vurğulayıb.
"Liverpul"un əfsanəvi siması xərçənglə mübarizə aparır - FOTO "Liverpul"un əfsanəvi siması xərçənglə mübarizə aparır - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər